Dünya
İsrail "Hizbullah"a qarşı hücumları davam etdirir
İsrail ordusu (SAXAL) ölkənin siyasi rəhbərliyinin qərarına əsasən İrana zərbələri dayandırdığını açıqlayıb. Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir. Məlumatda o da bildirilib ki, İsrail Livanda İranyönümlü "Hizbullah" qruplaşmasının bölmələrinə qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir. "Siyasi rəhbərliyin təlimatlarına uyğun olaraq, İsrail Müdafiə Qüvvələri İrana qarşı kampaniyada atəşi dayandırır. Ordu yüksək hazırlıq vəziyyətindədir və istənilən pozuntuya cavab verməyə hazırdır. Eyni zamanda, SAXAL Livanda "Hizbullah"a qarşı döyüş əməliyyatlarını və quru əməliyyatlarını davam etdirir", - deyə qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər