Dünya
İran ABŞ ilə danışıqlar üçün kimi nümayəndə heyətinin rəhbəri təyin edib?
İran hələlik ABŞ-lə danışıqlar üçün nümayəndə heyətinin rəhbəri ilə bağlı yekun qərar verməyib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qeyd edək ki, daha əvvəl ISNA xəbər agentliyi İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın aprelin 10-da İslamabadda ABŞ ilə danışıqlar üçün nümayəndə heyətinin rəhbəri təyin olunduğu ilə bağlı məlumat yayıb. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf aprelin 10-da İslamabadda ABŞ ilə danışıqlar üçün nümayəndə heyətinin rəhbəri təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens qarşı tərəfindən danışıqlar prosesinə rəhbərlik edəcək. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumların ikihəftəlik dayandırılmasına razılıq verib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər