Dünya

Yaxın Şərqdə müharibədə ölən və yaralananların SAYI AÇIQLANDI - FOTO

08 Apr 2026, 11:56 1 baxış
Yaxın Şərqdə müharibədə ölən və yaralananların SAYI AÇIQLANDI - FOTO
ABŞ-İsrail və İran münaqişəsi başlayandan aprelin 7-ə qədər olan müddətdə bölgədə həlak olanların və yaralananların sayı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb. Bildirilib ki, Yaxın Şərqdə ən çox itki İranda qeydə alınıb: 2 076 ölü, 26 500 yaralı. Kanalın məlumatına görə, İsraildə isə İranın endirdiyi zərbələr nəticəsində 26 nəfər ölüb, 7 183 nəfər yaralanıb. Livana hücumlar isə 1 497 nəfərin həyatını itirməsinə, 4 639 insanın yaralanmasına səbəb olub. Qeyd edilib ki, İranın hücumları nəticəsində ABŞ-nin 13 hərbçisi həlak olub, 200 nəfər yaralanıb. İraqda 109 nəfər ölüb, onlarla insan xəsarət alıb. BƏƏ-də isə münaqişə başlayandan aprelin 7-dək olan müddətdə ölənlərin sayı 12, yaralananların sayı isə 221 nəfər olub.
Yaxın Şərqdə müharibədə ölən və yaralananların SAYI AÇIQLANDI - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər