Cəmiyyət

Hökməlidə 12 gündür su yoxdur - Sakinlərə niyə "gözləməyin" deyilib? - FOTO

08 Apr 2026, 10:12 2 baxış
Hökməlidə 12 gündür su yoxdur - Sakinlərə niyə "gözləməyin" deyilib? - FOTO
Abşeron rayonunun, Hökməli qəsəbəsinin bir hissəsində artıq 12 gündür suyun verilişi dayandırılıb. Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, problemin səbəbi kimi nasosxanaya suyun gəlməməsi göstərilir. Bildirilir ki, bu səbəbdən qəsəbənin bir hissəsinə su ötürülməsi mümkün olmur.
Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı onlara konkret tarix də söylənilmir. Hətta bəzi hallarda "gözləməyin, su tezliklə olmayacaq" deyildiyi iddia olunur. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.
Hökməlidə 12 gündür su yoxdur - Sakinlərə niyə "gözləməyin" deyilib? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər