Dünya
Kolumbiyada eyni avtobus ikinci dəfə ağır qəzaya düşdü: Altı nəfər öldü, xeyli yaralı var
Kolumbiyanın İbaqe şəhərində avtobusun aşması nəticəsində altı nəfər ölüb, azı 22 nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "El Irreverente" nəşri məlumat yayıb.
Məlumata görə, "Coomotor" şirkətinə məxsus nəqliyyat vasitəsi Medelindən Florensiyaya gedirmiş. İlkin məlumatlara görə, sürücü idarəetməni itirib və nəticədə avtobus aşıb. "Nəqliyyat vasitəsində 27 sərnişin və iki sürücü olub. İlkin məlumata görə, hadisə yerində altı nəfər ölüb. 22-dən çox insan yaralanıb və onlar təcili yardım maşınları ilə yaxınlıqdakı müxtəlif tibb mərkəzlərinə yerləşdiriliblər", - deyə nəşrdə bildirilib. Nəşrin məlumatına görə, bu, sözügedən avtobusun iştirakı ilə ilk yol-nəqliyyat hadisəsi deyil. 2024-cü ildə həmin avtobus başqa bir nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə doqquz nəfər xəsarət almışdı.

Mənbə
oxu.az
Oxşar Xəbərlər