Cəmiyyət

Nərimanovda LİFT PROBLEMİ: Sakinlər çətin durumda - VİDEO

08 Apr 2026, 10:48 2 baxış
Nərimanovda LİFT PROBLEMİ: Sakinlər çətin durumda - VİDEO
Bakıda yaşayış binasında lift problemi sakinləri çətin vəziyyətə salıb. Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, paytaxtın Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 117 ünvanında yerləşən binada lift aylardır işləmir. Sakinlərin sözlərinə görə, əvvəllər lift yalnız 7-ci və 9-cu mərtəbələrə qədər qalxsa da, hazırda tamamilə sıradan çıxıb. Bildirilib ki, sözügedən bina Müdafiə Nazirliyinin balansında olduğundan rayon üzrə lift təsərrüfatı xidmətləri tərəfindən texniki baxış həyata keçirilmir. Nazirlik tərəfindən isə sakinlərə sentyabr ayına qədər gözləmələri tövsiyə olunub. "Yay aylarında liftin dəyişdiriləcəyi ilə bağlı gətirib bloka elan yerləşdirsələr də, bu vəd hələ də icra olunmayıb", - deyə şikayətdə vurğulanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ nəzarətdədir: "Yaxın vaxtlarda problem həllini tapacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər