Cəmiyyət
Azərbaycanda altı nəfər restoranda ZƏHƏRLƏNDİ
Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Oxu.Az xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" restoranında baş verib. Belə ki, həmin iaşə obyektində qidalanan altı nəfərin göbələkdən zəhərlənmə səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir. Məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti nəzarət altındadır. Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.
Mənbə
oxu.az