Dünya

İranlılar ABŞ və İsrailin "məğlubiyyətini" qeyd etmək üçün küçələrə çıxıblar - VİDEO

08 Apr 2026, 05:08 1 baxış
İranlılar ABŞ və İsrailin "məğlubiyyətini" qeyd etmək üçün küçələrə çıxıblar - VİDEO
İranda əhali ABŞ və İsrailin "məğlubiyyətini" qeyd etmək üçün küçələrə çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi Tehranın küçələrindən görüntülər yayıb. Kadrlarda paytaxtın ən uzun küçəsi olan Vəli-Əsr prospektində yüksək səslə musiqinin səsləndiyi, insanların İran bayraqları dalğalandırdığı görünür. Yollarda milli bayraqlarla bəzədilmiş avtomobillərin və ikitəkərli nəqliyyat vasitələrinin sıx hərəkəti müşahidə olunur.
Bundan əvvəl Press TV telekanalının məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurası Tehranın qələbə qazandığını, ABŞ ilə İsrailin "sarsıdıcı məğlubiyyətə uğradığını" bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər