Dünya
Əbu-Dabidə qaz emalı kompleksində yanğın baş verib
BƏƏ-nin paytaxtı Əbu-Dabidə Həbşan qaz emalı kompleksində yanğın baş verib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əmirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, xüsusi xidmət orqanları qaz emalı zavodunda baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Yanğının səbəbləri və mümkün ziyan barədə hələlik məlumat verilməyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər