Dünya
"Oasis" qrupunun lideri Noel Qallaherə məxsus gitara hərraca çıxarılıb
ABŞ-də "Sotheby's" hərrac evi Britaniyanın populyar "Oasis" qrupunun lideri Noel Qallaherə məxsus akustik gitaranı satışa çıxarıb. Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir. Söhbət Qallaherin kult hesab olunan "(What's the Story) Morning Glory?" albomunun yazılışı zamanı istifadə etdiyi "Epiphone EJ-200" modelli gitaradan gedir. Qeyd edək ki, "Oasis" qrupu bu albomu cəmi 15 gün ərzində ərsəyə gətirib. Hərracın aprel ayında keçiriləcəyi bildirilir. Satışa çıxarılan digər qiymətli lotlar arasında qrupun məşhur "Don't Look Back in Anger" mahnısının əl ilə yazılmış qaralama mətni və Noel Qallaherə məxsus 12 simli "Rickenbacker" gitarası da yer alacaq.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər