Dünya
ABŞ-İran atəşkəsi nə vaxt qüvvəyə minir?
ABŞ hesab edir ki, İranla atəşkəs Hörmüz boğazının açılmasından sonra qüvvəyə minəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, bu barədə Ağ Evin nümayəndəsi bildirib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açacağı təqdirdə İranın mülki infrastrukturuna mümkün zərbələrin ikihəftəlik təxirə salındığını açıqlamışdı.
Mənbə
oxu.az
Oxşar Xəbərlər