Dünya

Abbas Əraqçı Pakistana təşəkkür etdi

08 Apr 2026, 03:55 1 baxış
Abbas Əraqçı Pakistana təşəkkür etdi
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı bölgədə müharibənin dayandırılması istiqamətində yorulmadan göstərdikləri səylərə görə Pakistanın Baş naziri Şahbaz Şərifə və feldmarşal Munirə təşəkkürünü bildirib. Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
"Əgər İrana qarşı hücumlar dayandırılarsa, bizim güclü silahlı qüvvələrimiz də müdafiə əməliyyatlarını dayandıracaq", - A.Əraqçı İranın Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edib. O bildirib ki, İki həftə müddətində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid mümkün olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər