Dünya

Yaxın Şərq səmasında ABŞ-yə məxsus təxminən 10 yanacaqdolduran təyyarə müşahidə olunur

08 Apr 2026, 02:37 1 baxış
Yaxın Şərq səmasında ABŞ-yə məxsus təxminən 10 yanacaqdolduran təyyarə müşahidə olunur
Yaxın Şərq səmasında ABŞ-yə məxsus təxminən 10 yanacaqdolduran təyyarə müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi regionun aviadispetçer dairələrindəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, hazırda yanacaq doldurma funksiyasını yerinə yetirə bilən 10-dək Amerika hərbi təyyarəsinin uçuşu qeydə alınır. Söhbət əsasən "Boeing KC-135R Stratotanker" və "Boeing KC-46A Pegasus" tipli təyyarələrdən gedir. Onların böyük hissəsinin Tel-Əvivdən havaya qalxdığı bildirilir. Qeyd olunur ki, bu aktivlik ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanmasından bəri "standart" hal kimi qiymətləndirilir. Bundan əlavə, dispetçerlərin məlumatına görə, Səudiyyə Ərəbistanındakı aerodromdan qalxan "Boeing P-8 Poseidon" sualtı qayıqlara qarşı təyyarəsi də bölgə səmasındadır. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-17 Globemaster III" nəqliyyat təyyarəsinin uçuşu da qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər