Dünya
Tramp İrana qarşı hücumların müvəqqəti dayandırılmasına razılaşdı
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumların ikihəftəlik dayandırılmasına razılıq verib. Oxu.Az xəbər verir ki, bu barədə onun "Truth Social" platformasındakı paylaşımında bildirilib. Qeyd olunub ki, ABŞ İrandan 10 maddədən ibarət təklif alıb və bunu danışıqlar üçün real əsas hesab edir: "Vaşinqton və Tehran arasında əvvəlki mübahisəli məsələlərin demək olar ki, hamısı üzrə razılıq əldə olunub. İkihəftəlik müddət yekun sazişin hazırlanması üçün kifayət edə bilər. Amerika Birləşmiş Ştatları adından, prezident kimi, həmçinin Yaxın Şərq ölkələrinin nümayəndəsi olaraq mənim üçün böyük şərəfdir ki, bu uzunmüddətli problemin həllə yaxınlaşdığını görürəm", - paylaşımında vurğulanıb. Qeyd edək ki, ABŞ Pakistanın vasitəçiliyi ilə İranla atəşkəs üzrə danışıqlar aparıb. Pakistanın Baş naziri Şahbaz Şərif və ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens. də bu prosesdə iştirak ediblər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər