Dünya

İraqda qaçırılmış amerikalı jurnalist azad olunub

08 Apr 2026, 03:00 1 baxış
İraqda qaçırılmış amerikalı jurnalist azad olunub
"Kətaib Hizbullah" qruplaşması İraqda qaçırılmış ABŞ-li jurnalist Şelli Kittlsonun azad olunduğunu elan edib. Oxu.Az "Shafaq News" agentliyinə istinadən xəbər verir ki, bu barədə radikal təşkilatın təhlükəsizlik xidmətinin əməkdaşı Əbu Mücahid əl-Əsaf məlumat verib. ABŞ vətəndaşı olan jurnalist martın 31-də İraq paytaxtı Bağdadın mərkəzində, yaşadığı hotelin yaxınlığında naməlum şəxslər tərəfindən qaçırılıb. Qeyd edək ki, Şelli Kittlson uzun müddətdir Bağdadda fəaliyyət göstərirdi. Onun hazırladığı materiallar əsasən İraqdakı silahlı qruplaşmaların fəaliyyətinə, ABŞ-İraq münasibətlərinə və regional təhlükəsizlik məsələlərinə həsr olunub.
İraqda qaçırılmış amerikalı jurnalist azad olunub
Mənbə oxu.az

Oxşar Xəbərlər