Dünya
Britaniya ordusu İraqı tərk edir: İranla gərginlik planları dəyişdi
ABŞ və İran arasında artan gərginlik fonunda Britaniya hərbi qulluqçuları İraqdan təxliyə ediliblər. Oxu.Az bildirir ki, bu barədə "The i Paper" nəşri mənbəyə istinadən xəbər verir. Böyük Britaniya ordusunun İraqdakı hərbi heyətini İran raketlərinin hədəfinə çevrilmək qorxusu ilə geri çəkdiyi bildirilir. Müdafiə Nazirliyi artıq personalın böyük hissəsini ölkədən çıxarıb. ABŞ və İran arasında davam edən münaqişə səbəbindən Böyük Britaniyanın İraqda İŞİD-ə qarşı keçirdiyi hərbi təlimlər də dayandırılıb. Bu məqsədlə bölgəyə göndərilməsi planlaşdırılan hərbçilərin ezamiyyətlərinin ləğv edildiyi vurğulanır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər