Dünya
Səudiyyə Ərəbistanını Bəhreynlə birləşdirən magistral yolda hərəkət dayandırıldı
Səudiyyə Ərəbistanı hakimiyyəti ölkə ərazisini Fars körfəzində yerləşən bir neçə ada vasitəsilə Bəhreynlə birləşdirən və bir neçə körpüdən ibarət magistral yolda hərəkəti dayandırıb. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Kral Fəhd körpüsü" nəqliyyat kompleksinin administrasiyası məlumat yayıb. Bəyanatda qeyd olunur ki, bu qərar ehtiyat tədbiri kimi qəbul edilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər