Dünya

Pakistan baş nazirindən Trampa çağırış: "Ultimatumun müddətini uzadın"

08 Apr 2026, 00:36 1 baxış
Pakistan baş nazirindən Trampa çağırış: "Ultimatumun müddətini uzadın"
"Pakistan ABŞ Prezidenti Donald Trampdan İran üçün nəzərdə tutulmuş ultimatumun müddətini iki həftə uzatmağa çağırır. Tehran isə bu müddət ərzində xoşməramlı jest olaraq Hörmüz boğazını açmalıdır". Oxu.Az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkə hesabında bəyan edib. "Həmçinin biz bütün döyüşən tərəfləri iki həftə ərzində hər yerdə atəşkəs rejiminə riayət etməyə səsləyirik ki, diplomatiya vasitəsilə müharibənin tamamilə başa çatmasına nail olunsun", - deyə o yazıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər