Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Aprelin 7-də Culfa rayonunun 18 kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb. Bildirilib ki, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır: "Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq "Əbrəqunus" hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq".
Mənbə
oxu.az