Cəmiyyət

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

06 Apr 2026, 20:20 2 baxış
Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.


Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, başçının müavini – Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.


Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər