Dünya

SAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO

06 Apr 2026, 13:16 1 baxış
SAXAL Livanda  "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO
Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib. Oxu.Az xəbər verir ki, bu barədə SAXAL "Telegram" kanalında məlumat paylaşıb.
Qeyd olunub ki, son bir neçə gün ərzində hərbi hava qüvvələri (HHQ) Livanın bir neçə ərazisində mülki binalar və infrastruktur daxilində gizlədilmiş atıcı qurğuları və silah anbarlarını müəyyən edərək sıradan çıxarıb. Bundan başqa İsrail Müdafiə Qüvvələrinin (SAXAL) "Telegram" kanalında "Nahal" briqadasının Livanın cənubunda terrorçuların məhvi və onların silahlarını, infrastrukturunu dağıtmaq məqsədini daşıyan aktiv əməliyyatları davam etdirdiyi də bildirilib. "Son əməliyyatlar zamanı bölmə "Nahal"ın dörd əsgərinin qətlində iştirak edən üç yaraqlını zərərsizləşdirməyə müvəffəq olub. Terrorçular döyüşdə məhv edilib və sonrakı dəqiq kəşfiyyat təhlili onların İsrail əsgərlərinin ölümündə iştirakını təsdiqləyib. Silahlı qüvvələr xüsusən də ölkənin şimal bölgələrində yaşayan İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Livanın cənubunda əməliyyatları davam etdirəcək", - deyə bəyanatda diqqətə çatdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər