Dünya
Avropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ
Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Aİ ölkələrinə yanacağın yüksək qiymətləri ilə mübarizə tədbirləri təklif olunur. Elektrik enerjisinə subsidiyalar, vergi və aksizlərin azaldılması, qiymət məhdudiyyətləri tövsiyə edilir. AK narahatdır ki, həddən artıq səxavətli dəstək tədbirləri yüksək inflyasiyaya və büdcə kəsirinin kəskin artımına gətirib çıxara bilər. "Bu, AK-nin ümumi vəzifəsidir. İqtisadiyyatın bir sektorunda baş verənlər bütün cəmiyyətə təsir edə bilər. AK üzv ölkələrin hökumətlərinə texniki məsləhətlər verir və istifadə etmək istədikləri siyasi alətlərin hazırlanmasında, onlar üçün mövcud olan fiskal çərçivəni aşmadan yardım göstərir", - deyə enerji üzrə komissar Dan Yörgensen bildirib. Nəşrdə qeyd edilir ki, dövlət dəstəyi tədbirləri həqiqətən büdcə böhranına gətirib çıxarsa, bu, son altı ildə Aİ üçün üçüncü iqtisadi böhran olacaq. "2020-ci ildə blok koronavirus pandemiyasının fəsadları ilə üzləşdi, iki il sonra isə Ukrayna böhranı nəticəsində iqtisadi çətinliklər yarandı. Nəticədə Aİ-də ümumi dövlət borcunun səviyyəsi 2019-cu ildə ÜDM-in 77.8 faizindən keçən ilin sonunda 82.1 faizə yüksəldi", - deyə nəşrdə bildirilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər