Dünya

Daha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb

06 Apr 2026, 12:52 1 baxış
Daha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb
Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilir ki, bu proses ABŞ rəhbərliyi ilə imzalanmış yeni razılaşma əsasında həyata keçiriləcək. KDR hökuməti aprel ayından etibarən xarici vətəndaşları qəbul etməyə hazırlaşır. Bununla belə, Afrika dövlətinin rəsmiləri qəbul ediləcək şəxslərin dəqiq sayını bildirməyiblər. KDR rəhbərliyi bəyan edib ki, deportasiya olunanların paytaxt Kinşasada məskunlaşdırılması ilə bağlı bütün maliyyə xərcləri ABŞ tərəfindən qarşılanacaq. Bu istiqamətdə şəhər ətrafında miqrantların yerləşdirilməsi üçün xüsusi infrastruktur yaradılacaq. Ötən il ABŞ rəhbəri inaqurasiyadan sonrakı çıxışında qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparacağını və milyonlarla miqrantı ölkədən çıxaracağını vəd etmişdi. Həmçinin Meksika ilə sərhəddəki duruma görə fövqəladə hal elan ediləcəyi və hərbi qüvvələrin cəlb olunacağı barədə xəbərdarlıq etmişdi. Hazırkı administrasiya qanunsuz miqrantların məhkəmə qərarı olmadan deportasiyasına icazə verib. Qeyd edək ki, Birləşmiş Ştatlar indiyədək miqrantların Qana, Kamerun, Ekvatorial Qvineya, Salvador və Kosta-Rikaya göndərilməsi barədə də razılıq əldə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər