Dünya
Tehranda ən məşhur universitetlərdən biri bombardmana məruz qalıb - FOTO - VİDEO
İranda ən məşhur texniki universitetlərdən biri hesab edilən Tehrandakı Şərif Texnologiya Universiteti hava hücumuna məruz qalıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Hadath" nəşri məlumat verib. Bildirilir ki, təhsil müəssisəsinin ərazisində ardıcıl partlayışlar olub. Ölən, yaralanan və ya dəyən ziyan barədə hələ ki məlumat yoxdur.
{{gallery}} Həmçinin "Tasnim" agentliyi bildirir ki, Şərif Texnologiya Universitetinə bitişik ərazidə bombardmandan sonra qaz təchizatı dayandırılıb. ABŞ-İsrail qüvvələrinin hücumu nəticəsində təchizat stansiyası zədələnib və bu da universitetin olduğu rayonda qaz təchizatının dayandırılmasına gətirib çıxarıb. Bundan əlavə, bombardman nəticəsində universitetin yaxınlığındakı prospektlərdən biri bağlanıb.

Mənbə
oxu.az