Dünya

Dağıstanda daşqınlar səbəbindən BƏND UÇDU: İki mindən çox yaşayış binasını SU BASDI - VİDEO

06 Apr 2026, 10:23 1 baxış
Dağıstanda daşqınlar səbəbindən BƏND UÇDU: İki mindən çox yaşayış binasını SU BASDI - VİDEO
"Dağıstanda 2000-dən çox ev su altında qalıb". Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik bildirib ki, Rusiyanın Dağıstan Respublikasında yeddi bələdiyyədə və doqquz yaşayış məntəqəsində 2 075 yaşayış binası, 1 817 bağ sahəsi və 173 yol su altında qalıb. Dağıstanın Dərbənd rayonunda bəndin uçması səbəbindən kəndlərdən 350-dən çox insan təxliyə edilib. Oxu.Az xəbər verir ki, bu barədə rayonun icra hakimiyyəti "Telegram" kanalında açıqlama yayıb. Qeyd edilib ki, təxliyə olunanların əksəriyyəti qohumlarının evində, qalanları isə müvəqqəti yaşayış mərkəzlərindədir.
"Kaytaqdan Gejux bəndinə axan çayın daşması səbəbindən bələdiyyə rəhbəri Elman Allahverdiyev Məmmədqala kəndi yaxınlığındakı daşqın təhlükəsi olan əraziyə gəlib. Qoruyucu konstruksiyanın uçması nəticəsində su Mixaylovka, Duzlak, Zareçnaya, Sulepa, Urqun kəndlərinə və Məmmədqala kəndinə axıb. Bələdiyyə başçısının tapşırığı ilə 358 nəfər ərazidən təxliyə edilib", - deyə açıqlamada bildirilir. Qeyd olunub ki, Məmmədqala və Gejux qəsəbələri arasındakı avtomobil yolunda maşınları sel aparıb. Fəlakət zonasında iki nəfər həyatını itirib, yeddi nəfər isə xilas edilib. Hazırda təcili yardım və xilasetmə xidmətləri daşqının fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər