Dünya
İran PUA-sı BƏƏ-nin telekommunikasiya şirkətinin binasını vurdu
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyra əmirliyində yerləşən "Emirates Integrated Telecommunications Company" şirkətinin binası İranın PUA (pilotsuz uçuş aparatı) zərbəsinə məruz qalıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə WAM agentliyi məlumat verib. Bildirilib ki, hakimiyyət orqanları hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Mənbə
oxu.az