Dünya

İrandan Hayfaya zərbələr: Ölənlər var - FOTO - VİDEO

06 Apr 2026, 10:26 1 baxış
İrandan Hayfaya zərbələr: Ölənlər var - FOTO - VİDEO
İranın raket hücumundan sonra İsrailin Hayfa şəhərində dağıntılar altından iki meyit tapılıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "N12" telekanalı məlumat verib. Qeyd edilir ki, xilasetmə briqadaları daha iki itkin düşmüş şəxsin axtarışını davam etdirirlər. Tibbi briqadalar həmçinin hadisə yerində səkkiz yaralıya tibbi yardım göstəriblər, onlardan birinin vəziyyəti ağırdır.
İran İsrailə doğru yenidən raket atıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə İran dövlət televiziyası məlumat verib.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri 20 dəqiqə ərzində İsrail ərazisinə üç raket yaylım atəşi həyata keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər