Dünya
İrana endirilən raket zərbələri nəticəsində azı 13 nəfər həlak olub - VİDEO
İranın Baharestan əyalətindəki bir kənddə iki yaşayış binasına edilən hücum nəticəsində ən azı 13 nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Agentlikdən bildirilib ki, xilasedicilər dağıntılar altından 13 nəfərin cəsədini çıxarıblar. Ölü sayının artacağı istisna edilmir. Məlumata görə, hazırda xilasetmə və axtarış işləri davam edir. Dövlət mediası təcili yardım xidmətlərinə istinadən Tehrana edilən hücumda altı uşağın öldüyünü bildirib. İsrail isə Baharestan əyalətinə heç bir zərbə endirilmədiyini bildirib.

Mənbə
oxu.az