Dünya

Nigeriya ordusu kilsədə girov götürülən 31 nəfəri azad edib

06 Apr 2026, 02:28 1 baxış
Nigeriya ordusu kilsədə girov götürülən 31 nəfəri azad edib
Nigeriya ordusu Pasxa mərasimi zamanı kilsədə terrorçular tərəfindən girov götürülən 31 mülki şəxsi azad edib. Oxu.Az xəbər verir ki, bu barədə ölkə ordusunun X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb. Bildirilib ki, hadisə Kaduna ştatının Kaçia rayonunun Ariko kəndində baş verib. Silahlılar ibadət zamanı kilsəyə daxil olaraq insanları girov götürüblər. Hücum nəticəsində beş nəfər öldürülüb. Hazırda hərbçilər kəndə hücum edən şəxslərin axtarışını davam etdirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər