Dünya

Fudzi vulkanının püskürməsi Yaponiyanı qaranlığa və külə qərq edə bilər

06 Apr 2026, 04:48 1 baxış
Fudzi vulkanının püskürməsi Yaponiyanı qaranlığa və külə qərq edə bilər
Fudzi vulkanının potensial püskürməsi Yaponiyanın əsas infrastruktur obyektlərini işıqsız qoya, həmçinin ehtiyat generatorlarını sıradan çıxara bilər. Oxu.Az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb. Telekanal Yamanaşi prefekturasının Elmi-Tədqiqat İnstitutu və generator istehsalçıları ilə birlikdə praktiki eksperiment keçirib. Eksperiment zamanı vulkanik külün dizel generatorlarının işinə təsiri araşdırılıb. Məlum olub ki, toplanmış kül təbəqəsi 7 santimetrdən çox olduqda generatorun yağ təzyiqi azalır, 27,5 santimetr həddinə çatdıqda isə mühərriki həddindən artıq yüklənmədən qorumaq üçün aqreqat tamamilə dayanır. Mütəxəssislərin qeydlərinə görə, generatorun sıradan çıxması üçün daha az miqdarda kül - təxminən 5 santimetr də kifayət edir. Yaponiya hökumətinin hesablamalarına əsasən, Fudzi püskürdüyü təqdirdə iki həftə ərzində Tokioda təxminən 10 santimetr kül düşə bilər. Paytaxta düşəcək vulkanik külün ümumi həcminin 490 milyon kubmetrə çatacağı ehtimal olunur. Ekspertlərin qiymətləndirməsinə görə, Tokioda və ətraf ərazilərdə təxminən 400 min ev təsərrüfatı işıqsız qala bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər