Dünya

KİV: "Hizbullah" səhvən Britaniya gəmisini atəşə tutub

06 Apr 2026, 00:00 1 baxış
KİV: "Hizbullah" səhvən Britaniya gəmisini atəşə tutub
Böyük Britaniyaya məxsus hərbi gəmi Şərqi Aralıq dənizi akvatoriyasında Livan ərazisindən atəşə tutulub. Oxu.Az xəbər verir ki, məlumatı İsrailin TV 14 kanalı yayıb. Hücumun "Hizbullah" təşkilatı tərəfindən həyata keçirildiyi iddia olunur. Məlumata görə, gəmi raketlə vurulub. Bildirilir ki, Livan sahillərindən təxminən 70 dəniz mili məsafədə yerləşən gəmi səhvən İsrail gəmisi kimi qəbul edilib və bu səbəbdən atəşə tutulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər