Dünya
Trampdan etiraf: "ABŞ İrandakı etirazçılara silah göndərib"
"ABŞ 2026-cı ilin əvvəlində İrandakı etiraz iştirakçılarına böyük həcmdə silah göndərməyə cəhd edib". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib "Biz çoxlu silah göndərdik, onları kürdlərə verdik", - deyə D.Tramp bildirib və ehtimal edib ki, kürd qüvvələri həmin silahları özlərində saxlayıblar. Qeyd edək ki, İranda iğtişaşlar 2025-ci il dekabrın 29-da milli valyutanın kəskin ucuzlaşmasından sonra meydana çıxan etiraz aksiyalarından sonra başlayıb və ölkənin əksər iri şəhərlərinə yayılıb. Yanvarın 8-dən etibarən, İranın xarici işlər naziri Abbas Əraqçının sözlərinə görə, etirazçılar arasında silahlı qruplar peyda olub. Tehranda baş verən iğtişaşların təşkilinə görə məsuliyyət İsrail və ABŞ üzərinə qoyulub.
Mənbə
oxu.az