Dünya
Mahaçqalada iki çoxmənzilli bina çökdü
Rusiyada, Dağıstanın paytaxtı Mahaçqala şəhərində iki çoxmənzilli bina çöküb. Oxu.Az rg.ru-ya istinadən xəbər verir ki, bu barədə şəhər rəhbəri Cambulat Salavov məlumat verib. O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Binalardan təxminən 300 sakin təxliyə olunub və müvəqqəti yerləşdirmə məntəqələrinə yerləşdirilib. Salavov bildirib ki, aprelin 6-da binalar mütəxəssislər tərəfindən yoxlanılacaq. Təhlükəsiz olduğu halda sakinlərə mənzillərinə daxil olub zəruri əşyalarını götürməyə icazə veriləcək.
Mənbə
oxu.az