Cəmiyyət
Goranboyda 43 yaşlı qadın dəm qazından zəhərlənib
Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1983-cü il təvəllüdlü T.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 43 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az