Cəmiyyət

Su idarəsi sakinlərin suyunu başqalarına satır? - VİDEO

03 Apr 2026, 17:52 2 baxış
Su idarəsi sakinlərin suyunu başqalarına satır? - VİDEO
Abşeron rayonunun Hökməli qəsəbəsində sakinlər su idarəsinin onlara məxsus su xəttini digər şəxslərə satdığını iddia edirlər. Vətəndaşlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə mərkəzləşdirilmiş içməli su xətti olmadığı üçün 48 ailə birləşərək məhəlləyə öz vəsaitləri hesabına su xətti çəkdirib. Lakin sonradan həmin boru xəttinə başqa ailələr üçün də əlavə qoşulmalar edilib.
Sakinlərin sözlərinə görə, hazırda məhəlləyə su verilmir. Problemin uzun müddətdir həllini tapmaması onların narazılığına səbəb olub. "Gedib şikayət edirik, deyirik ki, əlavə qoşulan xətləri sökəcəyik. Bizi həbs etdirəcəkləri ilə hədələyirlər", - deyə şikayətçi Mərdan Vəliyev bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər