Cəmiyyət

Xalq artisti: "Nizami Kino Mərkəzinin divarlarını zədələmək vandallıqdır, ciddi cəza verilməlidir" - FOTO

03 Apr 2026, 16:32 2 baxış
Xalq artisti: "Nizami Kino Mərkəzinin divarlarını zədələmək vandallıqdır, ciddi cəza verilməlidir" - FOTO
"Nizami Kino Mərkəzinin divarlarını yazmaq, zədələmək mədəniyyətsizliklə yanaşı vandallıqdır". Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Əli Nur deyib. O bildirib ki, həmin şəxslərin bu hərəkəti ciddi qınanılmalı, əməli törədənlər ağır cəzalandırılmalıdır:
"Bu, bizim mədəni irsimizdir. Mədəniyyətimizə qarşı bu cür hərəkət tərbiyəsizlikdir. O bina ilk olaraq dahi şairimiz Nizami Gəncəvinin adını daşıyır. İkincisi, kino mərkəzimizdir, həmçinin tarixi, mədəni abidəmizdir. Binanı zədələmək mədəniyyətimizə zərbədir. Həmin şəxslərin hərəkəti ailədəki tərbiyədən də irəli gəlir. Bəzi ailələr övladlarını düzgün tərbiyə etmir, onlara mədəniyyətimizi aşılamır. Nəticədə də həmin gənclər bu cür tərbiyəsiz hərəkətlər edirlər. Onların valideynləri də qınaq obyektinə çevrilməlidir. Çünki hər kəs evində aldığı tərbiyəsini küçədə nümayiş etdirir. İnanıram ki, Azərbaycan mədəniyyətinə hörmətsizlik edən həmin şəxslər ciddi cəzalandırılacaq və bu, digərlərinə dərs olacaq".
Xalq artisti: "Nizami Kino Mərkəzinin divarlarını zədələmək vandallıqdır, ciddi cəza verilməlidir" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər