Cəmiyyət
Bakıda 50 nömrəli marşrutdan ŞİKAYƏT: "Avtobuslar köhnədir, yolda qalırıq" - FOTO
Bakıda 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar sərnişinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə şikayət paylaşılıb. Bildirilib ki, Yeni Günəşli qəsəbəsindən metronun "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyaları istiqamətində hərəkət edən avtobuslar istismar müddətini başa vurduğundan tez-tez nasazlıq səbəbindən yolda qalırlar. Sərnişinlərin sözlərinə görə, marşrut üzrə istifadə olunan nəqliyyat vasitələri köhnədir və bu da onların mütəmadi sıradan çıxmasına səbəb olur. "Avtobuslar köhnədir, üstəlik tez-tez xarab olub yolda qalırlar. Bu gün də iki avtobus birdən xarab oldu və yolda qaldıq", - deyə şikayətdə qeyd olunub.
Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, marşrutun müvəqqəti istismarçısına nöqsanların aradan qaldırılması, avtobus parkının yenilənməsi və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıqlar verilib.
"Daşıyıcı tərəfindən avtobus parkının yenilənməsi həyata keçirilməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq", - deyə T.Orucov bildirib.

Mənbə
oxu.az