Digər

Əfqanıstanla Pakistan arasında döyüşlər yenidən başladı

03 Apr 2026, 12:35 2 baxış
Əfqanıstanla Pakistan arasında döyüşlər yenidən başladı

Əfqanıstan və Pakistan hərbçiləri arasında toqquşmalar yenidən başlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Sədae Əfqan” Teleqram kanalı məlumat yayıb.


Məlumata görə, Əfqanıstanla Pakistan arasındakı mübahisəli Dürand sərhəd xətti boyunca dünən axşamdan döyüşlər başlayıb, bu gün də davam edir.


Bildirilib ki, Əfqanıstan qüvvələri Pakistan hərbçilərinin artilleriya atəşinə cavab olaraq sərhəd boyunca Pakistan mövqelərinə hücum edib.


Toqquşmalar nəticəsində azı üç pakistanlı hərbçi öldürülüb və bir neçə sərhəd postu dağıdılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər