Cəmiyyət

Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən şəxslər SAXLANILDILAR

03 Apr 2026, 11:52 2 baxış
Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən şəxslər SAXLANILDILAR
Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən şəxslər saxlanılıblar. Oxu.Az-ın məlumatına görə, qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir. Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər