Cəmiyyət
KTM martda zəhərlənənlərin və toksik səbəbdən ölənlərin SAYINI AÇIQLADI
Azərbaycanda mart ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbindən hospitalizasiya olunub. Bu barədə Oxu.Az-a KTM-dən məlumat verilib. Qeyd olunub ki, 88 pasiyentin durumu stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Pasiyentlərdən 42 nəfəri dərman preparatlarından, 3-ü siçan dərmanından (rodentisid), 24-ü sirkə turşusundan, 3-ü yandırıcı məhlullardan, 4-ü allergik reaksiyalardan, 2-si spirtli içkidən, 5-i dəm qazından, 5-i anafilaktik şokdan, 3-ü isə fosfor üzvi birləşmədən zəhərlənmə diaqnozu ilə müalicəyə cəlb edilib. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik hal göstərilib.
Mənbə
oxu.az