Digər
Məhz bu müqavilə Ukraynanı yaşatdı - Merkel
2015-ci il Minsk razılaşması Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya sərbəst şəkildə hücum edə biləcəyi bir vaxtda imzalanıb.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
"Heç kim real müqavimət göstərə bilməzdi. Ukrayna hazırda dəhşətli illərdən keçir, lakin Putinin təcavüzündən sağ çıxıb və haqlı olaraq ümid edə bilərik ki, o, öz qərarlarını verə bilən suveren bir dövlət olaraq qalacaq. Məni xoşbəxt edən də budur", - deyə o bildirib.
Merkel hesab edir ki, 2015-ci ildə vasitəçiliyi ilə əldə etdiyi razılaşmalar Ukraynaya Rusiya ilə tammiqyaslı müharibəyə hazırlaşmaq üçün vaxt verib.
Mənbə
axar.az