Digər
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib, rusiyalı həmkarı ilə görüşüb
Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, keçirilən məhdud tərkibli iclasda ölkələrimiz arasındakı regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri, həmçinin digər məsələlər müzakirə edilib. Səfər çərçivəsində Zakir Həsənovun rusiyalı həmkarı Andrey Belousovla ikitərəfli görüşü də olub. Görüşdə Azərbaycanla Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az