Digər

İran Gürcüstana xəbərdarlıq etdi

03 Apr 2026, 01:25 2 baxış
İran Gürcüstana xəbərdarlıq etdi

İranın Gürcüstandakı səfiri Seyid Əli Mucani ABŞ-la bağlı xəbərdarlıq edib.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, səfir X sosial şəbəkəsində paylaşdığı mesajda Gürcüstana üstüörtülü xəbərdarlıq ünvanlayıb.


“Öz hava məkanını və ərazisini xarici müdaxilələr üçün açanlara bu, baha başa gələcək”, – deyə, o bildirib.


Paylaşımda konkret olaraq hansı hadisənin nəzərdə tutulduğu açıqlanmasa da, bəyanatın regionda artan gərginlik fonunda Gürcüstana xəbərdarlıq olaraq verildiyi ehtimal olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər