Digər
Vens Macarıstana səfər edəcək
ABŞ vitse-prezidenti Ceyms Di Vens 7 və 8 aprel tarixlərində Macarıstanda səfərdə olacaq.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında deyilir.
"Vitse-prezident C.D.Vens və ikinci xanım Uşa Vens aprelin 7-8-də Budapeştə səfər edəcəklər. Vens baş nazir Viktor Orbanla ikitərəfli görüşlər keçirəcək. Bundan əlavə, o, ABŞ və Macarıstan arasında zəngin tərəfdaşlıq mövzusunda çıxış edəcək”, - deyə bildirilib.
Vensin Budapeştə səfəri hazırkı ABŞ administrasiyasının Macarıstan Baş naziri Orbana dəstəyini nümayiş etdirmək məqsədi daşıyır.
Mənbə
axar.az