Digər

İranın Hörmüzlə bağlı bu qərarını 40-dan çox ölkə rədd etdi

02 Apr 2026, 23:47 2 baxış
İranın Hörmüzlə bağlı bu qərarını 40-dan çox ölkə rədd etdi

Hörmüz boğazında vəziyyətə həsr olunmuş təhlükəsizlik konfransının iştirakçıları İranın bu boğazdan keçid üçün rüsum tətbiq etmək ideyasını rədd ediblər.


Axar.az xəbər verir ki, bu barədə 40-dan çox ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi iclasa sədrlik edən Böyük Britaniyanın xarici işlər naziri İvett Kuperin bəyanatında bildirilib.


Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub:


“Biz kollektiv və əlaqələndirilmiş fəaliyyət üçün bir sıra mümkün yolları müzakirə etdik. Məqsədimiz BMT vasitəsilə beynəlxalq diplomatik təzyiqi artırmaq, Hörmüz boğazından maneəsiz tranziti təmin etmək və oradan keçən gəmilərə tətbiq oluna biləcək bütün tariflərdən imtina edilməsi üçün İrana aydın və əlaqələndirilmiş siqnallar göndərməkdir”.

Mənbə axar.az

Oxşar Xəbərlər