Digər
Azərbaycanlı hərbçilər "Heydər Əliyev-2026" təlimində iştirak üçün Türkiyəyə gediblər
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bölmələri "Heydər Əliyev-2026" təlimində iştirak etmək üçün Türkiyəyə səfər ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Həsrət körpüsündə azərbaycanlı hərbçiləri qarşılayıb və bayraq mübadiləsi mərasimi icra edilib.
Mənbə
oxu.az