Digər

Londonda evini rekord qiymətə satdı

02 Apr 2026, 21:07 2 baxış
Londonda evini rekord qiymətə satdı

Britaniyalı developer və sağçı populist partiya “Reform UK”nin xəzinədarı Nik Kendi Çelsidəki evini rekord həddə - 275 milyon funt-sterlinqə (360 milyon dollar) satıb.


Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadən məlumat yayıb.


Alıcının kimliyi açıqlanmayıb. Xüsusi memarlıq maraqlarına malik siyahıya alınmış iqamətgah “Providence House” Çelsi Kral Xəstəxanasının ərazisində yerləşir. Ərazidə əvvəllər Britaniyanın ilk Baş naziri Robert Uolpolun (1676-1745) evi yerləşirdi. Mülk gölü və üzgüçülük hovuzu ilə məşhurdur.


Qeyd edilir ki, əvvəllər Londonda satılan ən bahalı ev, 2020-ci ildə Çinin “Evergrande” şirkətinin direktorlar şurasının sədri Xu Jiayin tərəfindən 210 milyon funt sterlinqə satın alınan, Hayd Park mənzərəli elit Naytsbrik ərazisindəki bir malikanə idi.

Mənbə axar.az

Oxşar Xəbərlər