Digər

Katz Hizbullah liderini təhdid etdi: Cəhənnəmin dibində…

02 Apr 2026, 18:05 2 baxış
Katz Hizbullah liderini təhdid etdi: Cəhənnəmin dibində…

Naim Qasıma açıq bir mesajım var: siz və tərəfdaşlarınız Pesax bayramı zamanı İsrail mülki şəxslərinə qarşı artan raket atəşinin əvəzini çox ağır ödəyəcəksiniz.


Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz Hizbullah lideri Naim Qasımla bağlı açıqlamasında deyib.


“Siz bunu görməyəcəksiniz, çünki cəhənnəmin dibində şər oxunun məhv edilmiş üzvləri ilə birlikdə olacaqsınız”, - o bildirib.


Qeyd edək ki, Hizbullah bu səhər Livandan İsrailin şimalına 50-dən çox raket atıb.

Mənbə axar.az

Oxşar Xəbərlər