Cəmiyyət

Bağça müəllimlərinin nəzərinə: Yerdəyişmə müsabiqəsi...

02 Apr 2026, 17:25 2 baxış
Bağça müəllimlərinin nəzərinə: Yerdəyişmə müsabiqəsi...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.


Axar.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.


Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.


İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:


- Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);


- Şəxsiyyət vəsiqəsinin surəti;


- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);


- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);


- Diplomun surəti;


- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.


Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər:


Vakant yerlər


Ərizə forması

Mənbə axar.az

Oxşar Xəbərlər