Cəmiyyət

Bakı metrosuna YENİ qatarlar alınacaq

02 Apr 2026, 16:12 2 baxış
Bakı metrosuna YENİ qatarlar alınacaq
"Hazırda Bakı metropolitenində 3-cü nəslə aid 36, eləcə də yeni - 4-cü nəslə məxsus daha 36 qatar tərkibi istismar olunur". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Qeyd olunub ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar hazırda yeni qatarların alınması istiqamətində tədbirlər görülür: "Dövlət Proqramına uyğun olaraq, yeni vaqonların alınması ilə bağlı tender elan olunduqdan sonra qalib tərəflə müqavilə imzalanaraq istehsal prosesinə başlanılacaq. Bununla əlaqədar yeniliklər olduğu təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər